Bütöv Azərbaycanın yolu bizim düşüncəmizdən keçir!




"İnqilab, yoxsa intibah" Asif Ata fikrinin bir ana xətt kimi yer aldığı Asif Ata Ocağının Evladı Eluca Atalının "İran Hizbullah zindanında" kitabının təqdimat və müzakirəsi olacaq. Müzakirəni Güney Azərbaycanın Qurtuluş partiyası təşkil edib və qeyd edək ki, hər həftənin şənbə günləri partiyanın informasiya və mətbuat xidmətinin nümayəndəsi Avropada yaşayan güneyli soydaşımız Cavad Sadeqi Daşkəsənin moderatorluğu ilə Azərbaycanın tanınmış alimləri, Güney Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətini tədqiq edən elm xadimləri konfrans verir. 
 6 aprel 2024-cü il tarixində keçiriləcək növbəti konfrans yazıçı-filosof Eluca Atalı ilə olacaq. Bütöv Azərbaycan sevdalıları bu konfransa dəvətlidirlər. Qeyd edək ki, müəllifin "İran Hizbullah zindanında" dörd kitabdan ibarət olan romanı keçən il "Qanun" nəşriyyatında çapdan çıxmışdır və M.S.Ordubadinin "Dumanlı Təbriz" romanından, yəni 100 il sonra Güney Azərbaycanı bizə təqdim edən  iri həcimli bir əsərdir.

Hiç yorum yok:

Yorum Gönder

Pages