Bu gün Aprel döyüşləri zamanı şəhid olan igidlərimizin anım günüdür



Bbc gün aprel döyüşləri zamanı şəhid olan qəhramanlarımızın anım günüdür.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmışdır. Dördgünlük müharibənin ordumuzun qələbəsi ilə bitməsindən 6 il ötür. Hərbçilərimiz 2 min hektardan artıq ərazini işğaldan azad ediblər.

Şəhidlərimizdən biri Raquf Orucov 12 iyul 1972-ci ildə anadan olub. Aprel döyüşləri polkovnik-leytenant Orucov üçün sonuncu döyüş oldu. O, 43 yaşında şəhidlik zirvəsinə ucalıb. Orucov Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

Polkovnik-leytenant ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Rəşid Baxşəliyev 23 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. O, Tərtər və Füzuli – Cəbrayıl istiqamətlərində savaşıb. Baxşəliyev Talış zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı (19 yaşında) şəhid olub. O, Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Baxşəliyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Şəhidimiz Seymur Baxışov 12 iyul 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. Kiçik gizir Baxışov 2016-cı ilin aprel ayında təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Baxışov Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Kiçik gizir ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Şəhidimiz Şulan Bayramov 28 iyul 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Əsgər Bayramov Aprel döyüşləri zamanı 19 yaşında şəhid olub. O, Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.

Əsgər ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Murad Məmmədov 17 aprel 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. XTQ əsgəri Məmmədov qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Məmmədov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Qəhramanımız Əbdülməcid Axundov 15 oktyabr 1993-cü il tarixində Sumqayıt şəhərində anadan olub. O, təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Sumqayıt şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra Axundov göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Döyüşlər zamanı Sumqayıt şəhərində yaşamış daha 3 igidimiz – Dilsuz Qarayev, kapitan Mühit Orucov və polkovnik Vüqar Yusifov qəhrəmancasına şəhid olublar.

Hiç yorum yok:

Yorum Gönder

Pages