Rejissor, rəssam Adil Azayın ad günüdür.



Adil Azay (Adil Azayev) Gəncədə anadan olub. Rostov Kino Texnikumunda (1972-1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984-1989) təhsil alıb. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. ABŞ istehsalı olan “Ağrı” (2000, rejissor Oleq Harrincar) filmində rəssam kimi çalışıb.

Filmoqrafiya:
Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – rəssam assistenti
Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – rəssam assistenti
Bircəciyim (1986, tammetrajlı bədii film) – rəssam assistenti
Hücum (1989, qısametrajlı bədii film) – rəssam
Qəzəlxan (1991, tammetrajlı bədii film) – geyim rəssamı
Qayalarda qalan səs (1995, tammetrajlı film-tamaşa) – rəssam
Səmədbəy (1995, qısametrajlı sənədli film) – rejissor
Yük (1995, tammetrajlı bədii film) – rəssam, geyim rəssamı
Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – rəssam
Kleopatra (1996, tammetrajlı film-tamaşa) – rəssam
Oyun (1996, qısametrajlı bədii film) – rəssam
Ömürdən uzun gecə (1996, tammetrajlı film-tamaşa) – rəssam
Yaz yuxusunun işığı (1996, tammetrajlı film-tamaşa) – rəssam
Qobustan (III) (1997, qısametrajlı sənədli televiziya filmi) – rəssam
Vahimə (1998, qısametrajlı bədii film) – rəssam
Qız qalası (III) (2000, qısametrajlı bədii film) – rəssam
Yuxu (2001, tammetrajlı bədii film) – rəssam
Odla qol-boyun (2002, qısametrajlı bədii film) – rəssam
Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – rəssam
Sufi ocaqları (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Dairə (II) (2005, qısametrajlı bədii film) – rəssam
Ərazi (2005, qısametrajlı bədii film) – rəssam
Cavid ömrü (2007, tammetrajlı bədii film) – rəssam
Yun hörgüsü (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Azərbaycan Odlar Yurdu (2009, tammetrajlı sənədli film) – rəssam, aktyor
Qarabağdır Azərbaycan (2009, qısametrajlı bədii film) – rəssam
Yaddaş (II) (2010, tammetrajlı bədii film) – ikinci rejissor
Son hədd (2012-2013, bədii serial) – rejissor
Xəlvətdə qalmış müdrik (2014, qısametrajlı sənədli film) – rejissor
Vulkanın nəfəsi (2014, qısametrajlı sənədli film) – rejissor
Daşın yaddaşı (2016, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Burla xatun (????, tammetrajlı film-tamaşa) – rəssam

Hiç yorum yok:

Yorum Gönder

Pages