TƏBRİK: Tibb Xidməti Mayoru Bəylər Əliyev-60

1963 -cu ilin avqust ayının 15 də Gürcüstan Respublikasının Bolnisi rayonunun Ayorta (Akaurt)  kəndində zəhmətkeş ailədə anadan olmuş,1980 -ci il də Bolnisi rayonunun  Ayorta (Akaurt )  kənd orta məktəbini bitirən, 1987-ci il də isə  N.Nərmanov adına  Azərbaycan Dövlət Tibb İnstitutunu bitirərək  təyinatla 2022 -ci ilə kimi Daxili İşlər və Ədiliyyə Nazirliklərinin Sabayıl (Bayıl qəsəbəsində) və Xəzər rayonlarında  (Şivalan qəsəbəsində ) yerləşən  İstintaq  təcridxanasının tibb xidmətində  müvafiq zabit və baş zabit vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmiş peşəkar və təcürbəli Bəylər  həkim. 

Həkimlik ən gözəl, ən şərəfli peşələrdən biridir. İnsanların sağlamlığı üçün daima çalışan insanlar seçilən və sevilən insanlardandır. Siz də öz insanlığınız,peşənizə olan sevginizlə sənətinizi daim dürüst bir şəkildə yerinə yetirərək sevilən seçilən insanlardan olmusuz və olacaqsız. Arzu edirəm daim zirvələrdə, yüksəklərdə olasınız. 2023-cü ilin avqust ayının 15-də  coşqun, bəzən sevincli, bəzən kədərli, bəzən duyğulu amma yorğun bir il daha ötüb keçdi həyatınızdan. Ad gününüz mübarək olsun dəyərli həkim və peşəkar  zabit yoldaşım. Arzu edirəm yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayar, ən yaxşı layiqli zirvələrdə olasız. Ən əsası sizə uzun və sağlam ömür arzu edirəm. Sevdiklərinizlə, ailənizlə gözəl günlər keçirəcəyiniz illərin, günlərin sayı çox olsun.
Siz o insanlardansınız ki, daima xalqa xidmət göstərən,peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışanlardansınız. Böyük ürəyə sahib gözəl dost, yaxşı ailə başçısı, yaxşı dinləyici, sirdaşsız. Siz çevrənizdəki insanlara hər zaman ilham verdiniz və onları hər zaman dəstəkləyib doğru yönləndirdiniz.
Ad günləri yeni başlanğıc və hədəflər üçün özəl bir gündür. Arzu edirəm, bu yeni yaşınızda yeni başlanğıclara addım atacağınız və hədəflərinizə çatacağınız bir il olsun. Bir daha sizi ürəkdən təbrik edir,yeni yaşınızda sizə yeni nəaliyyətlər,yeni uğurlar arzulayıram.

Bəylər həkim təbrikə sizi tanyan həmyerlərniz, Ayorta (Akaurt) kənd orta məktəbin  (1977- 1982 -ci il) məzunları, doğmalarnız, yaxınlarnız və iş yoldaşlarnız qoşulur.

100 yaşa sağlam yaşa.

 Musayev Salman Calan oğlu


Hiç yorum yok:

Yorum Gönder

Pages