Təbrik: Könül Baxışova



 Yüksək peşəkarlığı, hümanistliyi,təşkilatclığı,xeyirxahlığı, dəqiqliyi, təmkinliyi, vətənpərvərliyi, təvəzökarlığı,   işgüzarlığı, mənəvi keyfiyyəti,dəqiqliyi və təmkinliyi, ilə secilən ehtiyatda olan baş - gizir Baxışova Könül Tehran qızının may ayının 5 -də  49 yaşı tamam olur.

   Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan gizir  Könül Baxışovanı doğum günü münasibətlə Din- in Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları və iş yoldaşları    səmimi- qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Könül xanım qoy  yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günllər bəxş etsin.

   

Könül Tehran qızı Baxışova  1974 - ci ilin may ayının 5 -də İsmayıllı rayonunun Balik kəndində zəhmətkeş ailədə  anadan olub.

    

1992 - ci ildə Sumqayıt şəhəri üzrə  Təhsil İdarəsinin 17 nömrəli orta məktəbi,  1997 -ci ildə isə Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirib.

  

O,1992-   2006 - cı illərdə Din-in Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində yerləşən hərbi hissənin qərargahında məxfi hissə rəisi vəzifəsind Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.Könül xanım “Hərbi xidmətkecmə haq qında” əsasnamənin 156 cı madəsinin v) bəndinə əsasən xəstəliyə görə Din-in Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxıldıqan sonra 2013- 2017 ci illərdə İsmayıllı rayon  Mədəniyyət Mərkəzinin direktor müavini,İsmayıllı Humanitar və Texnologiya kollecində tarix müəllimi,2017-2021 -ci illərdə isə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktor vəzifələrində işləyib.2020 -ci ildə Azərbaycan Respubilkası milli məclisinə kecirilmiş seckilərdə qüvvəsini sınamağa müvəfəq olub,qalib gəlməsədə müəyyən təcürbə taplayıb.

     

Könül xanım Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissədə  xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrinin,hərbi qulluqçuların etik davranış kodeksinin  tələblərinin dəqiq yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara şəxsi nümunə olmuşdur.O, atıcı silahlar üzrə  keçirilən bir cox birinclik yarışlarında yüksək yerlər tutduğuna görə Daxili Qoşunların Baş İdarəsinin yığma komandasının üzvü olmuşdur.



 Hərbi yoldaşları  onu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqcu  kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.

  


Hərbi Xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin,Daxili Qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə (pulla) mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Xidməti vəzifələrin  icrası zaman həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə,  Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medalarla təltif edilib:




1. "Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının  10 illiyi ( 1991 - 2001)” medala;

2”Qüsursuz xidmətə görə " 3 dərəcəli medal  - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN KÖNÜL  XANIM.

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages